10 March 2017
  • 365 ნახვა

Aşıq Sədinin ifasında bir neçə mahnı

Aşıq Sədi 1939-cu ilin may ayının 3-də Borçalı mahalının Ulaşlı kəndində dünyaya göz açmışdır. Onun atası Oruc kişi kəndin ən sayılan sakinlərindən biri olmuşdur. Oruc kişinin ailəsinin hər bir üzvü saz-söz sənətinin vurğunu idi. Balaca Sədi atasının əlindən tutaraq kəndin toy məclislərinə gedər, orada ustad aşıqlardan Xındı Məmmədin, Əmrah Gülməmmədovun, Hüseyn Saraçlının və başqalarının mükəmməl ifalarına heyran qalardı. Ələlxüsus aşıqların söylədikləri dastanlar bəzən səhərə qədər davam edərdi. Aşıq Sədi də beləcə aşıq sənətinə aşiq oldu, sevdi. Onun doğma maması Narın Avdi qızı sinədəftər idi. Aşıqlar hər hansı dastandan qoşmaları, divaniləri, gəraylıları, təcnisləri, qıfılbəndləri, dodaqdəyməzləri, müxəmməsləri söyləyəndə o dərhal yaddaşına onları həkk edə bilirdi. Narın Avdı qızının ən çox sevdiyi sənətkar XX əsrin əvvəllərində doğma kəndindən olan məşhur Dollu Abuzər idi.

1987-ci ilin oktyabrında Borçalı aşıq sənətində özünəməxsus dəsti-xətti olan, özünəməxsus ifaçılığı ilə seçilən Aşıq Sədi Ulaşlı dünyasını dəyişdi.Onun ifasında bir neçə mahnı  Gürcüstan radiosunun  Qızıl fondunda qorunub saxlanılır. Aşıq Sədi Ulaşlınının  pərəstişkarlarının  marağını nəzərə alaraq  onun ifasında olan mahnıları saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu  

მსგავსი