17 March 2017
  • 442 ნახვა

Aşıq Nadir Səmədovun ifasında üzərə çıxartdığım daha iki mahnı

Aşıq Nadir Səmədov 1935-ci ildə Marneuli rayonundakı Mollaoğlu kəndində anadan olmuşdir. Uşaq yaşlarından saza meyilli olan Nadir Səmədov  müstəqil formada sazı öyrənə bilmişdir. Iyirmi yaşlarına çatanda isə Borçalının azman aşığı Əmrah Gülməmmədovun yanına gedərək ondan  sazın sirlərini öyrənməyə başlamışdır.  Öz ifaçılıq sənəti ilə tanınan bu ustad aşıq ötən əsrin sonlarında dünyasını dəyişmişdir. Ötən əsrin 60-cı illərində Gürcüstan radiosu tərəfindən  ifasında onun bir neçə mahnısı lentə alınmışdır. Bu lent yazıları Gürcüstan radiosunun Qızıl fondunda qorunub saxlanılır.  İndi aşıqsevərlərin  marağını nəzərə alaraq onun ifasında bir neçə mahnını və “Yanıq Kərəmi” saz havasını saytımıza yerləşdiririk.

Hörmətlə: Mirzə Məmmədoğlu

 

მსგავსი