13 April 2017
  • 101 ნახვა

Gürcü jurnalistinin Mirzə Fətəli haqqında süjeti

Bir xeyli  vaxt bundan əvvəl Gürcüstan İctimai Yayımların rəhbəri vəzifəsinin icraçısı  tanınmış jurnalist, ədəbiyyatçıTamaz Tğemaladze günlərin bir günü mənim iş otağıma gəldi. Otaqdakılar ani olaraq özlərini yığışdırdılar. Mən  də ayağa qalxıb bizim baş prodüsserin otağını göstərdim. Lazım deyil dedi,  otur, mənə sən lazımsan.  Oturdum. Söhbətə başladıq.  Məlum oldu ki, Mirzə Fətəli haqqında sənədli film çəkmək istəyir. Onu maraqlandıram matriallar verdim. Nəhayət, yarım saatlıq  ssenarini bu yaxınlarda  yazıb başa çatdırdı. Qarşıya çıxan müəyyən problemlər üzündən onun reallaşdırılması hələlik yubadılır. Bu günlərdə onun yanına getmişdim. İndi İctimai Yayımları  rəhbərinin  müşaviridir.  İçəri girən kimi gürcü dilində şeirlərimin  dərc olunmasını ilk dəfə o təbrik etdi. Xeyli ədəbiyyatdan söhbət etdik.  Azərbaycan ədəbiyyatına, yazıçılarına maraq göstərdiyini bildirdi.  Mirzə Fətəli Axundovu sevdiyini  xüsusilə vurğuladı.  Arxivindən onun haqqında vaxtilə hazırladığı bir süjeti mənə verdi. Həmin süjeti indi saytımıza yerləşdirirəm  

Mirzə Məmmədoğlu

მსგავსი