13 April 2017
  • 413 ნახვა

Gənclik çağlarında dünyasını dəyişmiş Xeyransa Məmmədovanın ifasında bir neçə mahnı

Bu günlərdə  tanınmış nasir, dramaturq, esseist, filosof  Firuz Mustafa  öz statusunda maraqlı bir şəkil verdi. Bu şəkildə  Firuz müəllimin  jurnalist Ş. Yaqubov ilə  birgə Xeyransa ilə söhbət apardığı əks olunub. Onun dediyindən məlum olur ki, bu yeniyetmə qız erkən dünyasını dəyişib. Bu barədə düzü bilmirdim. Sadəcə onun musiqi aləmində görünməməsinə təəssüf edirdim. Nə isə,  tarixin bir anını əks etdirən bu şəkil məni çox uzaqlara apardı. Bir vaxtlar mən Gürcüstan radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında redaktor işləyirdim. Bazar günü bir qayda olaraq dinləyicilərin  sifarişi ilə   verilişimizi konsertə həsr edirdik.   Həmin vaxtlar tanınmış sənətkarlarla yanaşı bu yeniyetmə qızın-Xeyransa Məmmədovanın ifasında  da mahnıların tez-tez verilməsini  dinləyicilər xahiş edirdilər.  

Gürcüstan radiosunun fondunda onun ifasında üç mahnı: “Ana”, “Oxu, gözəl”, “Qəşəngdir” mahnıları qorunub saxlanılır. Firuz müəllimi həmin anlara qaytarmaq, eləcə də onun pərəstişkarlarını ovqata gətirmək üçün  həmin mahnıları saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu 

მსგავსი