05 May 2017
  • 285 ნახვა

Ziyadxan Seyidəhmədlinin öz ifasında bir neçə şeiri

Qarayazının Təhlə çökəkliyində  dünyaya göz açan, elə bu eldə də yaşayan  şair Ziyadxan  öz elinin adını adına yaraşdıran Allahverdi Təhləlinin qardaşıdır. əslində  mən belə  də deyərdim ki, Allahverdi Təhləli şair Ziyadxanın qardaşıdır. Çünki,  dostum Allahverdi Təhlə Novruzun, eləcə də qardaşı  Ziyadxan Seyidəhmədlinin  şeirlərini dinləyəndə Füzulinin təbirincə desək, sözə “ehya” verməmişdi. Nə isə, Ziyadxan poeziya aləmində çox görünməsə də sözünün çəkisi, urvatı məclislərdə, tədbirlərdə xüsusilə anılır, qeyd edilir, söylənilir. Onun şairliyi bir yana, məclis aparmağı da möhtəşəmdir. Bir neçə il bundan əvvəl Təhlə Novruzun öz elində keçirilən  yubiley geşəsinin aparıcısı məhz elə Ziyadxan Seyidəhmədli idi. Saatlarla davam edən bi tədbirdə onun səlis, məntiqli, savadlı, cazibədar çıxışı hamını ovsunlamışdı. Bir kimsə onu dinləməkdən usanmırdı, bezmirdi. Onun  məclis aparmaq qabiliyyəti  məni məftun elədi. Tədbirin  o biri hissəsində gənc istedadlı aşıq Ramin Qarayevin ifa etdiyi mahnılar, şair Ziyadxanın gözəl çıxışının  bir növ məntiqi sonluğu idi. Bir kimsə söhbət etmir, diqqətlə onun ifalarına qulaq asırdılar. Bir-birini tamamlayan, bir-birinə yaraşıq olan bu çıxışlar mənim üçün ən yadda qalan çıxışlardır. Yeri gəlmişkən, hər ikisinə şeir, sənət aləmində uğurlar arzulayıram.
İndi isə 2000-ci illərdə Ziyadxan Seyidəhmədlinin öz ifasında lentə aldığım  bir neçə şeirini poeziyasevərlərin  marağını nəzərə alaraq saytımıza yerlşədirirəm 
                                                                        
Hörmətlə: Mirzə Məmmədoğlu 

 

მსგავსი