03 July 2017
  • 207 ნახვა

Aşıq Lətif Gəncəlinin ifasında bir neçə mahnı

Ustad aşıq Əmrah Gülməmmədovun  şagirdlərindən biri də Lətif Gəncəli idi. Əslən Pəmbəkdən olan Lətif Gəncəli  uşaq ikən ailəsi ilə Gəncəyə köçmüş, sonralar isə Borçalıda məskunlaşmışdı. Aşıq sənətinin sirlərini aşıq Əmrahdan öyrənən Lətif Gəncəli həm də gözəl qoşqular qoşmuşdur.  Onun ifasında bir neçə mahnı Gürcüstan radiosunun qızıl fondunda qorunub saxlanılır. Eləcə də onun şeirlərini öz ifasında ötən əsrin sonlarında lentə almışam. Bu lent yazıları şəxsi arxivimdə qorunub saxlanılır.  Artıq dünyasını xeyli vaxtdır ki, dəyişən Lətif Gəncəlinin pərəstişkarılarının marağını nəzərə alaraq onun öz ifasında bir neçə mahnını saytımıza yerləşdirirəm.                                                                     

Hörmətlə: Mirzə Məmmədoğlu

 

მსგავსი