20 March 2017
  • 320 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Amarat

Amarat (İmarat) – Vaxuşti Baqrationinin tərtib etdiyi Tiflisin 1735-ci il tarixli planında Sololak məhəlləsində 41 saylı divarla hasarlanmış tikililər kompleksi işarə olunmuşdur ki, bunun da adı Amarat adlanır. «Amarat» fars sözüdür. Dilimizdə işlənən «imarət» sözünün başqa mənaları olmaqla tikili, saray mənasını da verir. Elə həmin kompleksi yarım əsrdən sonra (1785-ci ildə) A. Pişşeviç də Tiflis planında qeyd edir. İndi həmin tikili uçub dağılmış, xarabalığa çevrilmişdir. Əfsanələrin birində nəql olunur: «Bu xarabalıqlar Gürcüstan çarının iqamətgahıdır». Şəhərətrafı bu iqamətgah Sololak dağının yamaclarında təxminən indiki Qeronti Kikodze küçəsi boyu Lado Asatiani küçəsinin yuxarısında yerləşirdi. Köhnə planlarda Amaratın qərbində yalnız silah ləvazimatı zavodu və Tiflis bağı göstərilmişdir.

     Azərbaycan Respublikasının Ağdam şəhərində də İmarət adlı yer vardır. Pənah xanın qəbri məhz elə buradadır.

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი