20 April 2017
  • 65 ნახვა

Molla Pənah Vaqifin iki dildə: gürcü və azərbaycan dilində kitabı nəşrə hazırdır.

Vaqifin şirin dilində oxuyuram mən,

 Ətrafıma dolanma, qapı bir qonşuyam mən.

                                           Petre Gruzinski                                                                                                                                      

XIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahim xan Cavanşirin  baş vəziri Vaqif  Gürcüstanda da çox sevilir. Onun vaxtilə bir diplomat kimi İbrahiəxəlil tərəfindən II İraklinin yanın göndərilməsi, burda gürcü çarı ilə dostluq əlaqələri yaratması, nun oğluna tərifnamə yazması, Tiflisə, onun  gözəlliyinə, gürcü qızına aid şeirlər həsr etməsi hamıya məlumdur. Onun bədahətən söylədiyi şeirlərinin axıcılığını, şirinliyini gürcü şairləri də öz şeirlərində sevə-sevə qeyd ediblər. Baqrationilər sülaləsindən olan Petre Qruzinski şeirlərinin birində belə bir ifadə işlədir: “Mən Baqifin şirin dilində oxuyuram...”

Vaqifin ilk dəfə gürcü dilində kitabı Konstantine Çiçinadzeinin tərcüməsində  Tbilisidə “Sovet yazıçısı” nəşriyyatında 1948-ci ilə “Gürcüstan barədə şeirlər” adı ilə  nəşr olunmuşdir. Qısa ön sözü olan kiçik həcmli bu kitabda şairin üç şeiri:Tbilisiyə, gürcü qızına,İraklinin oğlu şahzadə Leona həsr olunmuş şeiri verilmişdir. Redaktoru Simon Çikovanidir.  1968-ci ildə  Molla Pənah Vaqifin anadan olmasının 250-ci ildönümü ilə əlaqədar “literatuli Sakartvelo”(“Ədəbi Gürcüstan”) qəzetində gürcü şairlərindən Şota Nişnianidze, Zezva Medulaşvili və Karlo Kaladzenini tərcüməsində onun şeirləri və məşhur türkoloq, Azərbaycan ədəbiyyatının yaxın dostu Georgi Şağulaşvilinin “Vaqif və Gürcüstan” adlı sanballı yazısı dərc olunmuşdur. Elə həmin il  tanınmış alim, gənclik çağlarını Tiflisdə keçirən Əziz Şərifin ön sözü ilə Vaqifin ikinci, bu dəfə sanballı kitabı işıq üzü görmüşdür. Kitabda onun xeyil qoşması, qəzəli, müəşşəri və müsabbesi, müxəmməsi verilmişdir. Bu şeirləri tanınmış gürcü şairləri Karlo Kaladze. Paolo İaşvili, Şota Nişnianidze, Konstantine Çiçinadze, Vaxtanq Cavaxadze, Moris Potsxişvili, Zezva Medulaşvili, Otar şalamberidze tərcümə etmişlər.Qeyd etmək lazımdır ki,  “Koroğlu” dastanımızı, min bir bayatımızı, Füzulidən tutmuş müasir  dövrə qədər Azərbaycan şairlərinin   şeirləri gürcü dilinə tərcümə edən, ruhumuzun tərcümanı Zezva Medulaşvilinin tərcümələri özünün orjinallığa yaxınlığı ilə, dilinin rəvanlığı ilə şeçilir.   Zezva Medulaşvili bir nildən sonra, yəni 1969-cu ildə “Sisartğela” (“Göy qurşağı”) jurnalında Vaqifin dörd iri həcmli şeirini dərc etdirmişdir.

Bu kitabda Vaqifin  gürcü dilində nəşr olunan kitablarındakı şeirləri, eləcə də qəzet və jurnallarda dərc olunan şeirləri paralel olaraq orjilal şeirlər ilə yanaşı verilmişdir. Bu ideya və təşəbbüs mənə məxsusdur. Bu şəkildə çıxan kitab gürcü və azərbaycan oxucularını, eyni bir vaxtda sevindirəcəkdir. Eləcə də azərbaycan dilini öyrtənmək istəyən gürcülər, gürcü dilini öyrənmək istəyən azərbaycanlı tələbələr üşün, ümumiyyətlə poezia srvərlər üçün bir ərmğan olacağını, gürcü –azrbvaycam aədəbi əlaqələrində yeni bir töhfənin olacağını düşünürəm.  

                                                                                              Hörmətlə: Mirzə Məmmədoğlu                                                                                                                                                                                                                                        

 

მსგავსი