30 November -0001
  • 330 ნახვა

Borçalının fəxri, olimpiya çempionu Fərid Mansurov

Azərbaycanın güləş ulduzu, Afinada 2004-cü il Olimpiya oyunlarının qalibi Fərid Salman oğlu Mansurov 1982-ci ilin mayın 10-da Dmanisi şəhərində doğulmuşdur. 1984-cü ildə Fərid  Mansurovun ailəsi Bakıya köçmüşdür. 1992-ci ildə on yaşlı Fərid "Neftçi" klubunda yunan-roma güləşi  seksiyasında məşqə başlayır. Onun məşqçisi istedadlı Azərbaycan məşqçisi Əliqulu Həsənov idi.

Fərid Mansurov 1997-ci ildə Sloveniyada keçirilən kadetlər dünya çempionatında ilk ciddi qələbəsini əldə edir - gümüş medala sahib olur.

2000-ci ildə Fərid Mansurov Azərbaycan çempionatında 66 kq çəki kateqoriyasında birinci yeri qazanır. Bir ildən sonra Özbəkistan paytaxtında keçirilən gənclər arasında dünya çempionatında qızıl medala sahib olur. 20 yaşlı Fərid yeni məşqçisi Elçin Cəfərovun rəhbərliyi ilə ciddi məşqlərə başlayır. 2002-ci ildə Moskvada keçirilən dünya çempionatında gümüş medal qazanır.

2004-cü ildə Afinada keçirilən yay Olimpiya oyunlarında Fərid qızıl medal qazanır və Olimpiya çempionu olur. Bu qələbə ilə əlaqədar olaraq Fərid MansurovAzərbaycanda 2004-cü ilin ən yaxşı idmançısı elan edilir. Həmin ildə Fərid Mansurov ağır bel xəsarəti alır və üç il ərzində güləş yarışlarından uzaqlaşır.

2007-ci ildə Bakıda yunan-roma güləşi üzrə keçirilən möhtəşəm turnirdə - dünya çempionatında Fərid Mansurov qızıl medal qazanaraq 2008-ci ilin Pekin Olimpiya oyunlarına vəsiqə qazanır. 2007-ci ildə o, bir daha ən yaxşı Azərbaycanlı idmançı kimi elan edilir.

Fərid Mansurov 2009-cu ildən məşqçidir. Yunan-roma güləşi üzrə Azərbaycan yığma komandasını məşq etdirir. 2004-cü ilin sentyabrın 4-də idmanda nail olduğu böyük nəticələrə görə və Afina Olimpiya oyunlarında parlq qələbəsinə görə Fərid Salman oğlu Mansurov "Şöhrət" ordeni ilə təltif edilmişdir.

მსგავსი