15 July 2017
  • 389 ნახვა

Əbdürrəhim bəy Haqverdiyevin Tiflisdə tarixi çıxışı

Gürcüstan Milli Şurasının üzvü Əbdürrəhim bəy Haqverdiyev 19 dekabr 1918-ci ildə keçirilən Milli şuranın iclasında çıxışı.Xatırladaq ki həmin tarixdə Gürcüstan Ermenistan muharibəsi davam edirdi.

Vətəndaşlar, Parlamentin üzvləri

Bu tarixi anda mən Gürcüstan Respublikasının müsəlman vətəndaşları adıyla çıxış edirəm. Böyük Avrupa muharibəsi bitdi.Biz əmindik ki, bundan sonra xalqların yaxşı əlaqələri olacaq, ən əhəmiyyətlisi isə Zaqafqaziyada yaşayan xalqlar arasında. Ancaq bizim gözləntilərimiz olmadı. Qonşu Respublika muharibə elan etdi. Bu muharibə üçün heçbir səbəb yox idi. Gürcülər və Ermənilər arasında olan bütün məsələlər sülh yoluyla həll oluna bilərdi. Bizim hökümət bu problemlərin həlli yollarını axtarırdı. Hansı ki bugün çap olunan depeşalardan görünür.Ancaq bir erməni partiyası öz egoist məqsədləri üçün bu muharibəyə başladı.Mən istəyirəm deyəm ki, əmindim ki, 1905-ci ilde baş verənlər üçüncü şəxsin əliylə olduğuna, ancaq bugün buna süphə edirəm.Biz müsəlmanlar parlamentə daxil olanda deklarasiya yayınladıq və bildirdik ki, Gürcüstan Respublikasında yaşayan müsəlmanlar bütün lazım olan ölçüdə düşmənlərdən ölkələrini qoruyacaqlar. Bugün yenə bildiririk və təkrarlayırıq nə vaxt ki, sözdən işə keçmək lazımdır.18-ci əsrin sonlarında Ağa Məhəmməd şah Şuşa qalasını muhasirəyə aldıqda Qarabağ xanı İbrahimə dəstək üçün Gürcü ordusu Aleksandre İrakli oğlunun başçılığıyla səfərə çıxdı.Hansı kiç İran Şahı sonra Gürcülərə hücüm etdi.Borçalı mahalının müsəlmanları Gürcü Çarının əsgərlərinin yanında durdular və öz din qardaşlarına qarşı getdilər. Bu şərait bugündə Borçalı mahalının müsəlmanlarının xatirəsində qalır.Artıq Müsəlman Razmi (hərbi birlik) təşkil olunub onlar Gürcüstan Respublikasının düşmənlərinə qarşı çıxırlar.Onlar təkcə Gürcüstanın müstəqilliyi üçün deyil bütün Zaqfqaziyanın mustəqilliyi üçün muharibə elan edirlər. Müstəqillik kimlər üçünsə dəyərlidir onlar hər imkanda onu qorumalıdırlar.Müsəlmanlar bunu anlayırlar və Gürcüstanın müstəqilliyini Zaqafqaziyanın mütəqilliyini ayaqlar altına almaq istəyənlərə qarşı gedirlər.
Borçalı Müsəlmanları, mən inanıram ki, Gürcüstanın başqa mahalında yaşayam müsəlmanlarda: Siğnaği, telavi, Axalçixe mahalı müsəlmanları hər şəraitdə öz ölkələrinin tərəfində dururlar. Bu mənim üçün böyük fəxrdir ki,parlamentə girəndə bildirəm- Yaşasın Gürcüstan

"Sakartvelo" ("Gürcüstan" qəzetı 1918-ci il 19 dekabr tarixli sayı .

მსგავსი