17 July 2017
  • 62 ნახვა

Fazil İsgəndər, Çeqemli Müdrik...

1920-ci illərdə Abdul İsgəndər iş dalınca İrandan Şimali Qafqaza gəlir. Suxumidə abxaz qızla ailə qurur və 1929-cu ilin martında onların Fazil adlı oğlu doğulur.

8 il sonra əcnəbi vətəndaşlığı olan şəxslər SSRİ-dən çıxarılanda Abdul da İrana qayıtmağa məcbur olur. Fazil bir daha atasını görmür - onun sonrakı taleyi naməlumdur, fakt isə ondadır ki, heç ata da ailəsi ilə əlaqə qurmağa cəhd etmir.

Ata azərbaycanlıydımı, ya farsmı? Gərəksiz sualdır. Böyüyüb canlı klassik olacaq yazıçı Fazil İsgəndər müsahibələrinin birində demişdi: “Millətçilik - biletsiz teatrdır. Orada istənilən tamaşaçı aktyorluq edə bilər”.

***

მსგავსი