09 August 2017
  • 117 ნახვა

Məhəmməd Füzulini sevən, onun oğlu Fəzli ilə dostluq edən Ruhi Bağdadi

Ünlü gürcü alim, türkoloq, akademik Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyasını keçən il tərcümə edərək öz hesabıma  iki dildə: Gürcü və azərbaycan dilində Tiflisdə nəşr etdirdim. Bu il isə  Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına  Ədəbiyyat İnstitutu tərəfindən həmin monoqrafiya  təkrar nəşr  olunmuşdur. Elizbar cavelidzenin daha bir  əsəri- “Ruhi Bağdadi”monoqrafiyasının tərcüməsi üzərində işləyirəm. Azərbaycan ədəbiyyatının yaxın dostu olan bu görkəmli alimin  bu əsəri Azərbaycanlı alimlərin, ziyalıların, ümumiyyətlə, geniş oxucu kütləsinin böyük marağına səbəb olacağına ümid edirəm.

XVI əsr şairlərindən biri olan Ruhi Bağdadınin əsl adı Osmandır. Onun Sultan Qanuninin ordusunda Bağdada gedən anadolulu bir əsgərin oğlu olduğu məlumdur. Divanındakı şeirlərindən də özünün bir sipahi olduğu aydınlaşır. Ruhi Bağdadi təzkirəçi Əhdi, Füzulinin oğlu Fəzli, eləcə də başda Bağdad şairləri olmaqla dövrünün bir çox dövlət xadimi, alim və şairi ilə dostluq və yoldaşlıq etmişdir. Onun yaradıcılığına Füzulinin böyük təsiri olmuşdur.

Bağdad doğumlu olduğu bilinən şairin doğum tarixi məlum deyildir. Bağdadda anadan  olduğu için Bağdadlı Ruhi olarak anılmışdır.  Dönəmin önəmli, ünlü insanları ilə dostluq əlaqələri yaratmışdır. Müxtəlif savaşlara katılmışdır.  1605-ci ildə Şamda dünyasını dəyişməsi söylənilir.

Ruhi Bağdadinin en önəmli əsəri “Tərkib-i Bend”  adlı mənzuməsidir. 17 bəndlik bu mənzuməyə Şeyh GalipZiya Paşa kimi bəzi şairlər nəzirələr yazmışdır.

                                                                                        Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი