09 August 2017
  • 151 ნახვა

Bu il avqustun 12-də şair, tərcüməçi, ədəbiyyatşünas Vilayət Rüstəmzadənin 80 yaşı tamam olurdu.

Rüstəmzadə Vilayət Məhəmməd oğlu  1937-ci ildə Marneuli rayonunun Bala Muğanlı kəndində anadan olub. Marneuli Pedaqoji məktəbini (1957), Moskvada M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. “Azərnəşr”də tərcüməçi, redaktor işləyib, M. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasını bitirib (1971).

Vilayət Rüstəmzadə Bakıdakı M. F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (İndiki Slavyan Universiteti) və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub, “Azərbaycan” jurnalının şöbə müdiri, “Azərnəşr və “Yazıçı” nəşriyyatlarında bədii tərcümə redaksiyalarının müdiri (1974-1980), “Azərnəşr”də böyük redaktor (1983-1989) vəzifələrində çalışıb.

Vilayət Rüstəmzadə rus poeziyasından və nəsrindən bir çox nümunələri, o cümlədən N. Nekrasovun “Rus qadınları”, A. Blokun “Lay-lay” əsərlərini və Yuqoslaviya hekayələrini, R. Həmzətovun “Mənim Dağıstanım” kitabını Azərbaycan dilinə, H. Cavidin “Ana” və “Uçurum” pyeslərini rus dilinə çevirib. O, “Oxu, bülbülüm” (1996), “Qəlbimin gözü ilə” (1979), “Ağlama məhəbbətim” (1989) poetik toplularının müəllifidir.

Vilayət Rüstəmzadə  2001-ci ildə dünyasını dəyişmişdir. allah ona rəhmət eləsin!Amin!

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი