12 August 2017
  • 196 ნახვა

Bu gün tərcüməçi, ədəbiyyatşünas Vilayət Rüstəmzadənin doğum günüdür.

Rüstəmzadə Vilayət Məhəmməd oğlu  1937-ci ildə Marneuli rayonunun Bala Muğanlı kəndində anadan olub. Marneuli Pedaqoji məktəbini (1957), Moskvada M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. “Azərnəşr”də tərcüməçi, redaktor işləyib, M. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasını bitirib (1971).

Vilayət Rüstəmzadə Bakıdakı M. F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (İndiki Slavyan Universiteti) və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub, “Azərbaycan” jurnalının şöbə müdiri, “Azərnəşr və “Yazıçı” nəşriyyatlarında bədii tərcümə redaksiyalarının müdiri (1974-1980), “Azərnəşr”də böyük redaktor (1983-1989) vəzifələrində çalışıb.

Vilayət Rüstəmzadə rus poeziyasından və nəsrindən bir çox nümunələri, o cümlədən N. Nekrasovun “Rus qadınları”, A. Blokun “Lay-lay” əsərlərini və Yuqoslaviya hekayələrini, R. Həmzətovun “Mənim Dağıstanım” kitabını Azərbaycan dilinə, H. Cavidin “Ana” və “Uçurum” pyeslərini rus dilinə çevirib. O, “Oxu, bülbülüm” (1996), “Qəlbimin gözü ilə” (1979), “Ağlama məhəbbətim” (1989) poetik toplularının müəllifidir.

Hörmətlə: Mirzə Məmmədoğlu

 

Vilayət Rüstəmzadə Yakob Polonskinin o dövrlər Tiflisin xanəndələrndən olan Səttara həsr  etdiyi şeiri dilimizə çevirmişdir. Nə gözəl də tərcüə olunub. Düşünürsən ki, sanki, özü yazıb,  azərbaycan dilində yazılıb.

                               ***

Səttar! Səttar! Nə yaman qəhərlidir ah-vayın.
O boğuq fəryadında göy kinər, bulud ağlar
Kamanın iniltisi, qavalın qəm harayı
Sinəmə dağlar çəkər, qəlbimdə yuva bağlar.
Oxuduğum sözləri anlaya bilməyirəm -
Başqa ruhda köklənib əzəldən könül sazım.
Səninsə öz komandan hey ucalıb avazını.
Gecədir... Tiflis susur, mən səni dinləyirəm -
Sanki şərqli qardaşım xəstə qəlbimi didir,
Sənin dilinlə məni danlayır, tənbeh edir...
Bilirəm nə deyirsən, nə danışır ilhamın,
Bəlkə qana qan deyə coşursan, çağlayırsan.
Bəlkə mədh eləyirsən qılıncını İslamın -
Önündə zaman-zaman qullar əsən zamanlar...
Sözsüz mənə aydın bu ahlar, bu amanlar!

მსგავსი