06 September 2017
  • 132 ნახვა

Fridrix Bodenştedt “ Şərqdə min bir gün”dən bir hissə

Qısa kefsizlik

 

Bir dəfə növbəti qonaq getdiyim zaman Mirzə Şəfi bir növ halsız görünürdü. Şərab günəşinin özünü ləngitmədən səmanın tağına qaldıranda onun əhval-ruhiyyəsində çokmüş dumanı  dağıda bilmədi.

Nə olduğunu və onu şənləndirmək üçün nə edə biləcəyimi sordum. Şərqlilərə məxsus  elə yüksək vüsətlə cavab verdi ki,  təbiətən kütləşmiş beynimə heç nə girmədi.

-Bilirsənmi,- deyə  nəhayət , səbirsizliklə dilləndim, - söz incilərini deşmək mənə çətin gəlir, müəmmaları açmağı isə heç bacara bilmirəm. Niyə  mənim qarşımda sənin dediyin sözü dumana bürüyürsən?

Mənə nə cavab verdi,  nə də baxdı, divanda bardaş quraraq oturdu, kəmərindən asılmış yazı ləvazimatını çıxarıb masanın üstünə düzdü, bıçağı əlinə alıb  qamış çöpünü  (qələmin) ucunu itiləməyə başladı və həm də zümzümə etdi:

                                       İtilənmiş iti bıçaq  daha tez kütləşir, deyirlər,

                                       Lakin kütləşməsi ilə  bıçağın dəyəri artırmı  məgər?

--Məgər  sənin zehnin  kütləşdimi? -, deyə onun gefsizliyinin  səbəbini bilmək üçün  hər şeyi bilmək istəyənlər kimi ondan soruşdum.

_Yox, -  deyə cavab verdi, - lakin ayı gəzdirənin ayıya etdiyini mənə vəd edirlər...

-Nə edib?

-Dişlərini qırıb və ağzına  səbət bağlayıb. Məgər “İsgəndərnamə”də nəql olunan əhvalatı şeytanın Böyük İsgəndərin yanına getdiyini və ona hökmranlıq sənətini öyrətdiyini eşitməmisənmi?

-Yox, eşitməmişəm, mənə söylə.

Bir dəfə şeytan ayı gəzdirənin sifətində Makedoniya çarının  yanına  gedir. Ayını zəncirlə bağlanmış halda aparır, küçə və meydançalarda camaatı ouyunlarla əyləndirirdi.  Budur, öz xalqını  da beləcə idarə et, deyə çara məsləhət görür,- dişlərini qır, zəncirlə bağla və sənin bütün  istəklərinin quluna –itaətkarına çevir.

Sonrakı suallardan onu anladım ki, müştəhid ilə - onu qiyamçı və gəncləri yoldan çıxaran adlandıran, onun üçün öz həyatının xarakteri ilə və nəğmələri ilə möminləri yoldan çıxaran və bunun üçün dünyəvi və səmavi cəzadan canını qurtara  bilməyən ali din  xadimi ilə  onun arasında şiddətli toqquşma baş verib.

-Onun hədə-qorxusu üstümə qorxu küləyini əsdirə bilmədi,- Nəhayət Mirzə Şəfi dilləndi və heç bir şeyə saymazdım ki,  tiflisli şiələr  yığınının  bu ali xadimi, bu qoca dindar, doğrudan da mənə ziyan vur bilməzdi. Onun özü hansısa şair və alimin ağlına gəlməyən daha çox və daha yaxşı şərabdan içir və  onun özü aldığı təqdirdə nə də bu dünyəvi ləzzətlərdən imtina edir. Bir Allah  xəbər verir ki, fil şiddətli döyüşdə döyüşçüləri  ayağının altında tapdaladığı kimi dev-iblis qatlanmış ayaqlar arasında  mənim adımı taptalayır!

Müştəhidi də tanıyırdım və şərabı aldığı mənbəni də bilirdim.  Bununla yanaşı onunla mübahisəmin nəzərə çarpacaq dərəcədə  Mirzə Şəfiyə xeyir gətirdiyini hesab etməyimə məndə əsas var idi. Tezliklə mənim  müdrik müəllimimə təskinlik verməyə də nail oldum. Qəlyanı tüstülədi, bir ayağını s divandan aşağı sallayaraq nəğmələrini oxumağa başladı...

                                        Gürcü dilindən tərcümə Mirzə Məmmədoğlunundur

                                    

მსგავსი