09 September 2017
  • 138 ნახვა

Əlixan Düşgünün yeni şeirlər kitabı işıq üzü görmüşdür

Vaxtilə Gürcüstan radiosunda xeyli vaxt bərabər işlədiyim,  ən yaxın dost, hətta ədəbiyyat aləmində özümə müəllim hesab etdiyim mərhum Əlixan Düşgünün bu günlərdə “Şeirlət nə deyir”adlı gözəl tərtibatlı kitabı “Universal” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Kitabda şairin əsasən ömrünün son illərində yazdığı nəşr olunmamış şeirləri və vaxtilə həm mürəttibi,  həm texniki redaktoru, həm  də rəssamı olduğu “Düçüncələr” kitabından müəyyən şeirlər verilmişdir. Kitabda verilən şeirlər haqqında heç nə danışmayacağam. Bunu oxucuların öhdəsinə buraxıram. Sağ olsun şairin oğli Müşfiq Əlixanoğlu, böyük zəhmət və maliyyə hesabına bu kitabı təkcə ərsəyə çatdırıb və bizləri sevindirib. Söhbət zamanı onu da mənə bildirdi ki, bu kitabları soydaşlarımızın yaşadığı rayonlarda məktəblərə paylayacaq. Şübhəsiz, bu işdə ona yardımı olacağımı, Düşgünsevərləri, eləcə də poeziyasevərləri birgə sevinirəcəyimizə söz verdim. Sətirlərində yenə də yaşayan Əlixan Düşgünə Allah rəhmət eləsin. Uli Tanrı bu xeyirxah işi bir dua olaraq qəbul etsin. Amin!

                                                                              Hörmətlə: Mirzə Məmmədoğlu 

მსგავსი