11 September 2017
  • 63 ნახვა

Ağ yalan bəzən alimlər gözündə həqiqət kimi görünür!

Bu yaxınlarda Veys Xudiyev, Ağalar İdrisoğlunun “Xudu Borçalı və onun səcərəsi” adlı kitab böyük formatda bol ailə şəkilləri ilə də dolu nəşr olunub. Bundan öncə İlyas Adıgözəlovun kitabında Sadaxlı elinin say-seçmə oğulları barədə yazıları çıxsaq, bu kitab sicilləmələrdən və bir də ailə albomundan ibarət olması təəssüratını yaradır. Xudu Borçalı barədə, eləcə də guya kiminsə babası olması barədə danışmayacağam. Onun barəsində mənim əlimdə çoxlu material vardır. Bu məsələyə çox toxunmuşam. Indi bir məsələyə toxunmaq istəyirəm.Akif xansultanlının bu kitabda verilən yazı məsələsinə.  Özünün bildirdiyi kimi, Türkiyədə Atatürk Universitetində, Ərdahan Universitetində və Türküstanda Əhməd Yasəvi adına Uluslararası Universitetdə düzənlənən elmi konfranlarda çıxışlar edib. Tbilisidə Açıq Tədris Universitetində mühazirələr oxuyur. Tbilisidəki “İnteqrasiya” Elmi-Mədəni Araşdırmalar Mərkəzinin təsisçisi və idarə heyətinin  sədridir. Göründüyü kimi, bir alim üçün xeyli təşbehdir. Amma mənim üçün qəribəsi odur ki, Tbilisidə tarixi mənbələrlə az-çox maraqlanıram, bu mərkəz barədə  indiyədək heç bir məlumatım yox idi. İndi heç olmasa adını eşitdim. Nə isə. Keçək məqsədə. Bu kitabda Akif xansultanlının “Qarapapaq türkləri” jurnalının redaktorunun xüsusu qeydləri” adlı yazısı dərc olunub. Qarapapaq türkləri- ada bir baxın, bu da yeni icad olunan termindir. Nə isə, bu yazıda mənim Xudu Borçalı haqqında onun jurnalında vaxtilə dərc olunan yazımdan iki böyük sətri müəllifsayağı dərc etdirib. Nəhayət, mənim verdiyim fərmandan, burda mənim adımı qeyd edib, sitat verəndən sonra yazır:” Diqqət yetirsəniz, görərsiniz ki, çar II İrakli nədənsə(?) qəhrəmanları sadalayarkən, Ağacanla Allahverdini məhəbbətlə xatırlayır və bunu fərmanda qeyd etməyi də çar şərəfinə layiq bir hal bilir. Bəs, xudu bəy Borçalının misilsiz şücaətini o unudurmu?-Məncə yox...

Çünki onların arasında olan səmimi dostluq münasibətləri haqqında gürcü tarixşünaslığında kifayət qədər məlumat var və araşdırılması gərəkən hələ neçə belə mənbələr də öz tədqiqatçısını gözləyir”. Akif müəllimə görə sən demə II İrakli xatırlamalı imiş. O, burda bir dənə də olsun mənbə göstərmir, öz fərziyyəsini söyləyir. Onun fərziyyəsinə cavab olaraq bir məqamı sizin nəzərinizə çatdırım ki, Krtsanisi döyüşündə heç bir mənbədə Xudu Borçalı barədə məlumata rast gəlinmir. Xudu Borçalı Aspindza döyüşü qəhərmanıdır. Bu barədə də tarixi mənbələrdə, eləcə də bədii ədəbiyyatda kifayət qədər məlumat vardır.

Akif müəlim  Həmid müəllimin vaxtilə “Sovet Gürcüstanı” qəzetində dərc etdirdiyi uydurma dolu yazısından uzun-uzadı sitat gətirir, təəccüblü haldır ki, onun uydurmasını öz fərziyyəsi ilə həqiqətə çevirməyə çəhd göstərir. Və Xudu Borçalının Sadaxlıdan olmasını təstiqləyir. İlk növbədə ondan filmə baxmasını və sonra alim kimi danışmasını xahiş edirəm. Xudunun haralı olduğu fakta gəldikdə, İ. Uturaşvili “Tekle Baqrationi” kitabında yazır: “Bir axşam Xudadbəy(Bu, Tiflisli tatar, yaxşı ailədən, gürcü dilini öz doğma dil kimi bilən, Aleksandrın yanında idi və ona sədaqətli idi) mənə dedi:

-Təhməzqulu  ağa, mən ərk edə bilmirəm və bəlkə sən bildirəsən ki, aziqəmiz daha yoxdur...” Buna bənzər ifadələr Solomon Liondzenin  xatirələrində də var. Gürcü filmində olan hadisə uydurmadır. Yazıçı Anzor Salukvadzenin sosializm realizmi müstəvisində təxəyyülünün məhsuludur. Bundan öncə bu barədə geniş söhbət açmışam. Xudu Borçalı  şahzadə Aleksadr ilə bir müddət car Rusiyasına qarşı çıxır. Onların uydurduğu Xudu Borçalı isə, sən demə, generalmılş. Bu qədər. Məndə başqa faktlar da var. Onlardan Xudu Borçalı barədə tarixi povestində istifadə etmişəm. Nəhayət, Akif müəllimdən bir alim kimi uydurmalara deyil, faktlara istinad etməsini, kommunist ütüsü ilə ütülənmiş, indi professor olmuş Həmid Vəliyevin  uydurmalarını həqiqətə  çevirməyə cəhd göstərməməsini tövsiyyə edərdim.

 

                                                               Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი