30 November -0001
  • 106 ნახვა

Tiflisdə böyüyən, fəxr etdiyimiz oğullar-Akif Cəfərov

Mühəndis-geoloq Akif Allahyar oğlu Cəfərov 1930-cu ildə Tiflisdə anadan olmuşdur. 1960-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 1966-cı ildə geologiya-minerologiya elmləri namizədi olmuşdur. 1960-cı ildən Sov.İKP-nin üzvü, 1955-ci ildən Gürgan Neft Mədənləri İdarəsində usta köməkçisi, usta, mədən müdiri, baş mühəndis vəztifələrində çalışmışdır.

Akif Cəfərov 1967-1970-ci illərdə “Nərimanovneft” Mədənlər İdarəsinin rəisi, 1970-1971-ci illərdə “Cənub” Neft və Qaz Çıxarma İdarəsində rəis, 1977-ci ildən “Xəzərdənizneftqazsənaye” birliyində Baş direktorun müavini, 1979-cu ildən baş mühəndis işləmişdir. 1984-cü ilin dekabrından “Azərneft”in baş direktoru vəzifəsinə keçmişdir.

Akif Cəfərov Azərbaycan Respublikasında zərbəçi kommunist əməyi briqadaları yaradılmasının təşəbbüskarlarından olmuş və onun rəhbərlik etdiyi briqada 1958-ci ildə ilk dəfə bu ada layiq görülmüşdür.  AKP-nin 25-ci qurultayında  MK-nın üzvü seçilmiş, Sov.İKP 22-ci qurultayının nümayəndəsi, SSRİ Ali Sovetinin (6-cı çağırış) deputatı olmuşdur. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. Dəniz neft yataqlarının geologiyasına dair əsəri vardır. Lenin ordeni, həmçinin SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medalları ilə təltif olunmuşdur.

1960-cı ildə rejissoru Zeynəb Kazımova, ssenari müəllifi Pyotr Simonovun olduğu “Akif Cəfərovun briqadası” adlı film çəkilmişdir. Kinolentdə mühəndis-geoloq, geologiya-minerologiya elmləri namizədi, Sosimalist Əməyi Qəhrəmanı, Gürgan Mədənlər İdarəsində mədən müdiri işləmiş Akif Cəfərovun başçılıq etdiyi kollektivin əmək fəaliyyətindən söhbət açılır. Filmdə göstərilir ki, Akif Allahyar oğlu Cəfərov Azərbaycan Respublikasında zərbəçi kommunist əməyi briqadalarının yaradılmasının təşəbbüsçülərindən olmuş və ilk dəfə onun rəhbərlik etdiyi briqada bu ada layiq görülmüşdür.

Akif Cəfərov 1992-ci ildə Bakıda vəfat etmişdir.

მსგავსი