21 April 2017
  • 40 ნახვა

Allahşükür Paşazadə - Etiraf etməliyəm ki, ailəm üçün Patriarx İkinci İlia müqəddəs bir insandır

"Bəlkədə bütün dünyada analoqu olmayan bir haldır ki, müsəlman dininin şeyxi xristian patriatxın yanına gəlir, onu əlindən öpür və ağsakkal hesab edir. Mən istəyirəm ki, burada olan insanlar və bütün Gürcüstan bilsin ki, İkinci İlia ən nadir insanlardan biridir" - bu sözləri Qafqaz Müsəlmanlar idarəsinin lideri Şeyxül İslam Paşazadə, Gürcüstan Patriarxı ilə görüş zamanı dedi.

Allah Şühür Paşazadə bugün, nümayəndə heyyəti ilə bərabər İkinci İliayı ziyarətə getmişdi.

Qafqaz müsəlmanları idarəsinin dini lideri bəyan etdi ki, patriarxın xəstəliyindən dolayı narahatlıq his etdi və onunla görüşmək üçün Gürcüstana gəldi.  

Şeyxül İslamın dediyinə görə, Gürcüstan patriarxı gürcü-azərbaycan əlaqələrinə müsbət təsir verir və ona Azərbaycan prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını çatdırdı.

"Bu görüş bizim tolerantlığımızın göstəricisidir" -  dedi Allahşükür Paşazadə. 

"Etiraf etmək istəyirəm ki, mənim ailəm üçün patriarx İkinci İlia müqəddəs bir insandır, ona görə də, bugün onu görməyə ailəm ilə bərabər gəldim", - dedi Allahşükür Paşazadə. 

Şeyxülİslam İkinci İliyanın fəaliyyətinin 40 illiyini qeyd etmək üçün Bakıya dəvət etdi. 

მთელ მსოფლიოში შესაძლოა, ანალოგი არ მოიძებნოს იმის, რომ - მუსლიმური რელიგიის შეიხი პატრიარქს ეწვევა, ხელზე კოცნის მას, აღიარებს მას თავის უხუცესად. მე მსურს ქართველმა ხალხმა გაიგოს და აქ დამსწრე მუსლიმებმაც, რომ მისი უწმინდესობა, კათოლიკოს-პატრიარქი ილია მეორე გახლავთ უიშვიათესი ადამიანი, - ამის შესახებ კავკასიის მუსლიმთა სამმართველოს სულიერმა ლიდერმა, შეიხ ულ ისლამ ალაჰ შუქურ ფაშა-ზადემ საპატრიარქოში პატრიარქთან შეხვედრაზე განაცხადა, სადაც იგი დელეგაციის წევრებთან ერთად მივიდა. 

მსგავსი